Çeçenistan lideri Ramzan Kadırov hədiyyə almağı sevmədiyini deyib.
Qaziler.az bildirir ki, siyasətçinin sözlərini RİA-Novosti sitat gətirir.
"Mənim üçün ən qiymətli şey ürəkdən deyilən sözlərdir. Hər şeyim var, hədiyyələri sevmirəm... Ailəm məni təbrik edəndə, anam yanıma gələndə, bacılarım, bacım uşaqları bir araya gələndə daha çox xoşuma gəlir. Məni sevindirən budur", - Kadırov deyib.
Çeçenistan lideri ad gününü ailəsi ilə birlikdə qeyd edəcəyini də əlavə edib. Deyir ki, yaşlandıqca bu bayramı qeyd etməyə həvəsi azalır.
QAZİLER.AZ