Kaladze: Dünya dəli olub, ədalətsizlik pik həddə çatıb

Kaladze: Dünya dəli olub, ədalətsizlik pik həddə çatıb backend

"Həqiqətimizi çatdırmaq üçün hər bir platformadan istifadə etmək vacibdir. Dünya dəli olub, ədalətsizlik pik həddə çatıb və bütün bunlar açıq şəkildə müzakirə edilməlidir".

Qaziler.az "qruziya onlayn" istinadən bildirir ki, Tbilisi meri Kaxa Kaladze bildirib.

Kaxa Kaladze baş nazir İrakli Kobaxidzenin Avropa Siyasi Birliyinin sammitində iştirakına münasibət bildirib və qeyd edib ki, hökumət həqiqəti deyə biləcəyi hər bir beynəlxalq platformadan istifadə etməlidir.

"Bütün mövcud platformalardan istifadə etmək vacibdir. Biz həqiqəti söyləməliyik, baş verənlərdən danışmalıyıq, həm ölkə daxilində, həm də qlobal miqyasda hansı çağırışlar var. Çağırışlar təkcə bizdə deyil. Baxın, nə baş verir: dünya ağlını itirib, ədalətsizlik pik həddə çatıb və bütün bunlar açıq şəkildə müzakirə olunmalıdır", - Kaxa Kaladze bildirib.

Məlumat üçün bildirək ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze oktyabrın 2-də Danimarka Krallığının paytaxtında keçiriləcək Avropa Siyasi Birliyinin (EPC) sammitində iştirak edəcək.

QAZİLER.AZ