Rusiyanın Altay diyarından olan manyak Manişin 25 il müddətinə azadlıqdan məhrum edilib.
“Politexnik manyak” Vitali Manişin 11 qadını zorlayıb qətlə yetirməkdə təqsirli bilinərək 25 il müddətinə azadlıqdan məhrum edilib.
Qaziler.az bildirir ki, Region Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, onun qurbanları Altay Dövlət Texniki Universitetinin abituriyentləri və tələbələri olub. Hökm Altay diyarının Kalmanski rayon məhkəməsi tərəfindən çıxarılıb.
Məhkəmə ittiham tərəfi ilə razılaşaraq, Manişini işlədiyi bütün cinayətlərə görə 25 il müddətinə azadlıqdan məhrum edib, ilk 7 ilini cəzaçəkmə müəssisəsində, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar çıxarıb.
Məhkəmədə sübuta yetirilib ki, şübhəli şəxs zərərçəkmiş şəxslərə təhsil müəssisəsinə daxil olmaq və təhsil almaqda, eləcə də işlə təmin olunma məsələlərinin həllində köməklik təklif edib. Manyak Barnaulda gənc qadınlarla tanış olub. O, onları maşınla Kalmanski rayonuna getməyə inandırıb, orada zorlayıb, qonra qətlə yetirib və cəsədlərini meşəlik ərazidə gizlədib.
QAZİLER.AZ