Türkiyədə şəkər fabrikinin 7 işçisi dəm qazından zəhərlənib

Türkiyədə şəkər fabrikinin 7 işçisi dəm qazından zəhərlənib backend

Burdur şəkər fabrikinin 7 işçisi dəm qazından zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılıb. Onların səhhətinin yaxşı olduğu bildirilir.

Qaziler.az bildirir ki,bu barədə TRT-Haber məlumat yayıb.

Burdur şəkər fabrikində bəzi işçilərin zəhərləndiyi xəbərindən sonra 112 Təcili Tibbi Yardım, polis və AFAD qrupu fabrikə göndərilib.

Dəm qazından zəhərləndiyi ehtimal edilən 7 işçi təcili tibbi yardım əməkdaşları tərəfindən Burdur Dövlət Xəstəxanasına aparılıb. İşçilərin vəziyyətinin yaxşı olduğu bildirilir.

Qruplar fabrikdə işlərini davam etdirirlər.

QAZİLER.AZ