Burdur Şəkər Zavodunun 7 işçisi dəm qazından zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılsa da, onların səhhətinin yaxşı olduğu bildirilir.
Qaziler.az bildirir ki,bu barədə TRT-Haber məlumat yayıb.
Burdur Şəkər Zavodunda bəzi işçilərin zəhərləndiyi xəbərindən sonra 112 Təcili Tibbi Yardım, polis və AFAD qrupu fabrikə göndərilib.
Dəm qazından zəhərləndiyi ehtimal edilən 7 işçi təcili tibbi yardım əməkdaşları tərəfindən Burdur Dövlət Xəstəxanasına aparılıb. İşçilərin vəziyyətinin yaxşı olduğu bildirilir.
Qruplar fabrikdə işlərini davam etdirirlər.
QAZİLER.AZ