Rusiya Silahlı Qüvvələri Dnepropetrovsk vilayətinin Verbovoye yaşayış məntəqəsini işğal edib.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
"Əməliyyatın uğurunu “Şərq” qüvvələr qrupunun döyüşçüləri təmin edib".
“Şərq” qüvvələr qrupunun bölmələri düşmənin müdafiəsinə dərinliklərinə irəliləyərək Dnepropetrovsk vilayətinin Verbovoye yaşayış məntəqəsini tutub, - məlumatda deyilir.
Daha əvvəl bildirilmişdi ki, sentyabr ayı ərzində Rusiya silahlı qüvvələri uğurlu hücumunu davam etdirərək Ukraynanın 20 yaşayış məntəqəsini tutub. Ən çox Donetsk vilayətində yaşayış məntəqəsi işğal olunub.
QAZİLER.AZ