Rusiyada avtobus qəzası: Xəsarət alanlar var

Rusiyada avtobus qəzası: Xəsarət alanlar var backend

Voronejdə "PAZ" markalı avtobusla "Ford Tranzit"in toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Qaziler.az xəbər verir ki, bu barədə vilayət Daxili İşlər Nazirliyinin mətbuat xidməti oktyabrın 1-də bildirib.

"Qəza nəticəsində avtobusun 12, 18, 20, 31, 35 və 68 yaşlı 6 sərnişini bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib", - idarənin Telegram kanalında bildirilib.

İdarənin məlumatına görə, hadisə sentyabrın 30-da baş verib. İlkin araşdırmalarla müəyyən edilib ki, “PAZ” markalı avtobusun sürücüsü park halında olan “Ford Transit”ə çırpılıb.

QAZİLER.AZ