Polşanın şimalında Rusiyaya məxsus dronun qalıqları tapılıb

Polşanın şimalında Rusiyaya məxsus dronun qalıqları tapılıb backend

Polşanın şimalındakı Varm-Mazuriya voyevodalığının hərbi jandarma idarəsi öz ərazisində Rusiyaya məxsus pilotsuz təyyarənin qalıqlarının aşkarlanmasından sonra araşdırmalara başlayıb.

Qaziler.az bildirir ki, bu barədə  jandarmeriyanın sosial şəbəkələrdəki mətbuat xidməti və RMF FM məlumat yayıb.

Qeyd olunub ki, Varm-Mazuriya voyevodalığında hərbi jandarm idarəsi “naməlum uçan obyektin aşkar edildiyi yerdə əməliyyat tədbirləri həyata keçirir”.

RMF FM-in məlumatına görə, pilotsuz uçuş aparatının qalıqları qarğıdalı tarlasında kombayn tərəfindən aşkar edilib.

Hüquq-mühafizə orqanları ehtimal edirlər ki, bu, sentyabrın 10-na keçən gecə Polşanın hava məkanını pozan dronlardan biridir.

QAZİLER.AZ