Hakan Fidan fransalı həmkarı ilə Qəzzanı müzakirə edib

Hakan Fidan fransalı həmkarı ilə Qəzzanı müzakirə edib backend

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın xarici işlər naziri Jan Noel Barrot ilə telefonla Qəzza məsələsini müzakirə edib.

Qaziler.az bildirir ki. bu barədə TRT-Haber məlumat yayıb.

Diplomatik mənbələrdən verilən məlumata görə, nazir Fidan fransalı həmkarı Barrot ilə telefon danışığı aparıb.

Görüş zamanı Qəzzada atəşkəs və sülhün əldə edilməsi üçün səylər müzakirə edilib.

Telefon danışığının təfərrüatları haqda geniş məlumat verilməyib.

QAZİLER.AZ