“Üç üstəgəl iki” filminin aktyoru Gennadi Nilov 88 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 30-da Rusiya Kinematoqrafçılar İttifaqının mətbuat xidməti məlumat yayıb.
"Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, aktyor Gennadi Nilov vəfat edib", - təşkilatın Telegram kanalında bildirilib.
Aktyor sentyabrın 29-da, 89 yaşına iki gün qalmış vəfat edib. Onun dəfn mərasimi oktyabrın 1-də Sankt-Peterburq Şəhər Dəfn Xidmətinin Mərkəzi zalında keçiriləcək.
Nilov kino karyerasına uşaq ikən “Kəşfiyyatçının igidliyi” filmində epizodik rolda çəkilərək başlayıb. O, karyerası ərzində çoxsaylı filmlərdə çəkilib, lakin “Üç üstəgəl iki” komediyasında Stepan Sundukov rolu ilə xüsusi şöhrət qazanıb.
QAZİLER.AZ