Ukraynanın Müdafiə Nazirliyi İsveçin "Qripen" qırıcılarının çatdırılmasını gözləyir

Ukraynanın Müdafiə Nazirliyi İsveçin "Qripen" qırıcılarının çatdırılmasını gözləyir backend

Ukrayna İsveçin “Gripen” çoxməqsədli döyüş təyyarələrini ala bilər. Çatdırılmanın təfərrüatları hələlik məlum deyil.

RBC-Ukrayna xəbər verir ki, bu barədə BBC-yə müsahibəsində müdafiə nazirinin müavini general-leytenant İvan Qavrilyuk bildirib.

Qavrilyukun sözlərinə görə, F-16, Mirage və hətta Gripen qırıcılarının əlavə tədarükü "gözlənilir".

O, Ukraynanın dəqiq nə vaxt və nə qədər döyüş təyyarəsi alacağını açıqlamayıb.

Onun fikrincə, “ bunu göydə görəndə” o zaman hər şey aydın olacaq.

QAZİLER.AZ