Qazaxıstan Respublikasının Dövlət Gəlirləri Komitəsi Qazaxıstan-Çin sərhədində keçid məntəqələrinin fəaliyyətini müvəqqəti dayandırdığını elan edib.
Qaziler.az bildirir ki, Kazinform xəbər verir.
Çin Xalq Respublikasının Milli Gününün (1-3 oktyabr 2025-ci il) və Orta Payız bayramınının (6 oktyabr 2025-ci il) qeyd olunması ilə əlaqədar Qazaxıstan-Çin sərhədində avtomobil sərhəd keçidləri müvəqqəti olaraq dayandırılacaq. Departamentdən bildiriblər ki, bu tarixlərdə fiziki şəxslər, nəqliyyat vasitələri və yüklərin keçidinə icazə verilməyəcək.
Bununla yanaşı, dəmir yolu sərhəd-keçid məntəqələri nəqliyyat və logistika xidmətlərinin dayanıqlığını təmin edərək, əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.
Qazaxıstana daxil olan yük maşınları üçün yeni tariflər daha əvvəl açıqlanmışdı.
QAZİLER.AZ