“Mən bu gün çıxışıma moldovalı dostlarımızı təbrik etmədən başlaya bilmərəm. Bu onların qələbəsidir, Maya Sandu üçün şəxsi qələbədir, həm də Avropanın, demokratiyanın və biz gürcülərin də böyük qələbəsidir. Bu, ümid siqnalı və birlikdə başladığımız Avropa yoluna – Ukrayna, Moldova və Gürcüstana qayıtmaq uğrunda mübarizəmizdə möhkəm durmağa çağırışdır”.
Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, bu sözləri Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Varşava Təhlükəsizlik Forumunda deyib.
O vurğulayıb ki, Aİ-nin genişlənməsi yalnız namizəd ölkələr üçün siyasi seçim deyil, həm də Avropanın özü üçün geosiyasi zərurətdir. Onun sözlərinə görə, avtoritarizm bu gün həm Aİ daxilində, həm də ondan kənarda demokratiyaları təhdid edir və buna ancaq kollektiv güc yolu ilə qarşı çıxmaq olar.
Sonda Zurabişvili Aİ-ni daha qətiyyətli olmağa çağırıb və bəyan edib ki, Gürcüstan, Ukrayna və Moldovanın Avropa gələcəyi Avropanın həmrəyliyindən və cəsarətindən asılıdır.
QAZİLER.AZ