Saakaşvili evsiz olduğunu etiraf edib

Saakaşvili evsiz olduğunu etiraf edib backend

Gürcüstanın sabiq prezidenti Saakaşvili mənzilinin olmadığını açıqlayıb.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili pulunun və mənzilinin olmadığını açıqlayıb.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, o, bu barədə Facebook səhifəsində yazıb.

Saakaşvili onu “prezidentlik dövründə mənimsəmə”də təqsirli bilən məhkəməyə müraciət edib. O, bəyan edib ki, Gürcüstanın hazırkı hökuməti və məhkəmələri “milyarlara baxmayaraq, heç kimdir”.

"Siz yaxşı bilirsiniz ki, mənim praktiki olaraq pulum yoxdur. Yenidən qurduğum Gürcüstanda, hətta mənzilim belə yoxdur. Hazırda azadlığımdan məhrum olmuşam, amma siz və sizin sahibiniz (ehtimal ki, hakim "Gürcü Arzusu" partiyasının qurucusu Bidzina İvanişvilini nəzərdə tutur – Lenta.ru) çox yaxşı bilirsiniz ki, mən çox uğurluyam və siz Gürcüstanın tam uğursuzsunuz".

QAZİLER.AZ