Leninqrad vilayətində daha bir nəfər, ehtimal ki, saxta spirtli içkidən zəhərlənərək ölüb.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 29-da “İzvestiya”ya mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Aleksandr M. zorakı ölüm əlamətləri olmadan Slantsidə tapılıb. Onun yanından içərisində şəffaf maye olan 0,5 litrlik plastik butulka aşkar edilib. Butulka müayinəyə göndərilib.
Meyit ölüm səbəbinin müəyyən edilməsi üçün morqa göndərilib.
Həmin gün Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk bildirib ki, Leninqrad vilayətində ölümlə nəticələnən saxta spirtin mənbəyi Tosnenski rayonunun kommersiya təşkilatıdır.
Beləliklə, Leninqrad vilayətində saxta araqdan zəhərlənərəkölən şəxslərin sayı 20-ə çatıb.
QAZİLER.AZ