Sibiqa Siyartonu yerində oturtdu

Sibiqa Siyartonu yerində oturtdu backend

Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukrayna səmasında Macarıstan dronlarının peyda olmasından sonra prezident Vladimir Zelenski haqqında sərt şərhlər verməkdən çəkinməlidir.

Bu barədə “RBC-Ukrayna” Ukraynanın xarici işlər naziri Andriy Sibihanın X hesabındakı yazısına istinadən məlumat yayıb.

Ukrayna xarici işlər naziri Macarıstan hökumətinin “riyakarlığı və mənəvi deqradasiyası”ndan danışıb.

"Biz çox şeylər görməyə başlayırıq, Peter, hökumətinizin ikiüzlülüyünü və mənəvi deqradasiyasını, Ukraynaya və Avropanın qalan hissəsinə qarşı açıq və gizli fəaliyyətlərini, Kremlə nökər kimi xidmət etdiyini", - Sibiqa öz postunda bildirib.

O əlavə edib ki, Macarıstan rəsmilərinin Ukrayna prezidentinə qarşı heç bir hücumu “bizim və başqalarının gördüklərini dəyişməyəcək”.

QAZİLER.AZ