Rusiya diktatoru Vladimir Putin xarici liderlərlə danışıqlar zamanı rusiyalı əsgərlərin cəbhə xəttindəki uğurları ilə öyünür. Amma reallıq tamam başqadır.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskinin axşam müraciətinə istinadən məlumat yayıb.
Dövlət başçısı qeyd edib ki, Rusiya Dobropolya yaxınlığındakı cəbhə boyu əhəmiyyətli irəliləyiş əldə etməyə cəhd edib, lakin ukraynalı müdafiəçilər düşməni dayandırıb əks-hücum keçirməyə nail olublar.
O vurğulayıb ki, Rusiyaya digər ölkələrin dinc çağırışlarına baxmayaraq, Moskva hələ də Ukrayna şəhərlərinə yenidən hücum və zərbələr endirmək cəhdləri ilə cavab verir.
"Müharibə xəstəsidirlər. Onları müalicə etmək olarmı, sual budur. Rusiyanın bu müharibə virusunu dayandıra biləcək yeganə şey güc, güclü qərarlar, güclü köməkdir", - Zelenski vurğulayıb.
QAZİLER.AZ