Netanyahu fitə basıldı

Netanyahu fitə basıldı backend

İsrailin baş naziri Benyamin Netanyahu çıxışına başlamazdan əvvəl bir çox nümayəndə heyəti BMT Baş Assambleyasının zalını tərk edib, hətta onu fitə basıblar.

Qaziler.az bildirir ki, bu barədə TASS xəbər verir.

Agentlik qeyd edir ki, Netanyahunun kürsüyə dəvət olunmasından sonra bir neçə ölkənin, o cümlədən ərəb ölkələrinin diplomatları yerlərindən qalxaraq kütləvi şəkildə zalı tərk etməyə başlayıblar.

Baş nazir bayıra çıxanda zalda uzun müddət etiraz səslərinin eşidildiyi vurğulanır.

QAZİLER.AZ