Kasım-Jomart Tokayev Vladimir Putinlə danışıqlar aparıb

Kasım-Jomart Tokayev Vladimir Putinlə danışıqlar aparıb backend

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. 

İki lider strateji tərəfdaşlıq ruhunda ticarət-iqtisadi əməkdaşlığı müzakirə ediblər.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 26-da Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

"Dövlət başçıları Qazaxıstan-Rusiya əməkdaşlığının hazırkı vəziyyətini və perspektivlərini müzakirə edib, onun strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda mütərəqqi inkişafını qeyd ediblər", - Qazaxıstan prezidentinin Teleqram kanalında deyilir.

Prezidentlər enerji, sənaye və nəqliyyat sahələrini əhatə edən ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə dair sazişlərin icra vəziyyətini nəzərdən keçiriblər. Rusiya Federasiyası ilə Qazaxıstan arasında mədəni-humanitar əməkdaşlığın davamlı inkişafını xüsusi qeyd ediblər. Tərəflər, həmçinin aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

“Söhbət zamanı Qazaxıstan prezidentinin Rusiyaya gözlənilən dövlət səfərinə hazırlıq məsələsinə xüsusi diqqət yetirilib”, - mətbuat xidmətindən bildiriblər.

QAZİLER,AZ