Rusiyanın Leninqrad vilayətində saxta alkoqoldan zəhərlənmə nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.
Qaziler.az xəbər verir ki, bu barədə sentyabrın 26-da “İzvestiya”ya mənbə bildirib.
Kütləvi zəhərlənmə Slantsı şəhərində baş verib. Təqsirləndirilən şəxs, Qostitsı kənd sakini Nikolay Boytsov öz mənzilində istehsal etdiyi keyfiyyətsiz spirtli içkiləri həmkəndlilərinə satıb.
Boytsovun şəriki Olqa Stepanova spirti sonradan qablaşdırma və satış üçün tədarük edib. Onun uşaq bağçasının işçisi olduğu bildirilir.
Hazırda həbs qətimkan tədbiri müzakirə edilir.