Vladimir Putinin Rusiya prezidenti kimi fəaliyyəti Rusiya vətəndaşlarının 82 faizi tərəfindən bəyənilib ki, bu da əvvəlki həftədən 1 faiz çoxdur.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Rusiya dövlət başçısının yenilənmiş reytinqi İctimai Rəy Fondunun (FOM) saytında dərc olunub.
Respondentlərin 8 faizi prezident haqqında mənfi fikir bildirib, 11 faizi isə qərarsız qalıb.
Məlumata görə, Putinə güvənən rusiyalıların sayı da dəyişərək 81 faizə yüksəlib. Vətəndaşların 10 faizi əks fikirdədir, digər 9 faizi isə əmin deyil.
FOM-un məlumatına görə, sorğu sentyabrın 19-dan 21-dək Rusiyanın 51 regionunun 97 məskunlaşan ərazisində aparılıb. Sorğuda 18 yaşdan yuxarı ümumilikdə 1500 nəfər iştirak edib. Əldə edilən məlumatların statistik xətası 3,6 faizi ötmür.
QAZİLER.AZ