İndoneziyalı gimnast Penzada aldığı zədədən sonra dünyasını dəyişib

İndoneziyalı gimnast Penzada aldığı zədədən sonra dünyasını dəyişib backend

Adı açıqlanmayan 19 yaşlı indoneziyalı gimnast Penzada təlim-məşq toplanışı zamanı aldığı xəsarətlərdən sonra xəstəxanada dünyasını dəyişib.

Bu barədə TASS-a Penza idman sarayı "Burtası"nın direktoru Oleq Minkarski məlumat verib.

""2025-ci il sentyabrın 13-də məşq edərkən gimnast köpüklə dolu çuxura düşüb və boyun zədəsi alıb", - Minkarski bildirib.

Rusiya Gimnastika Federasiyasının (RGF) vitse-prezidenti Vasili Titov bildirib ki, təşkilat hadisənin baş vermə şəraiti ilə bağlı araşdırma aparıb. Təəssüf ki, idmançı belə çətin elementi yerinə yetirməyə hazır deyildi.

Titov əlavə edib ki, RGF İndoneziya Gimnastika Federasiyasına başsağlığı verib. O, həmçinin hər cür köməklik göstərəcəyini vəd edib.

QAZİLER.AZ