7 yaşlı uşaq xəsarət alan atasını xilas etdi

7 yaşlı uşaq xəsarət alan atasını xilas etdi backend

Yeddi yaşlı Başqırdıstan sakini Sergey Semyonov xəsarət alaraq  atasını xilas edib.

Başqırdıstan sakini, 7 yaşlı Sergey Semyonov sümükləri sınmış atasının həyatını xilas etməyə kömək edib.

Qaziler.az bildirir ki, xəbəri “Ufa Başkordostan” Telegram kanalı yayıb.

Nəşrin məlumatına görə, kişi oğlu ilə Beloretsk rayonunun meşələrində gəzintiyə çıxıb. Lakin yolsuzluq avtomobili aşıb və kişi xəsarət alıb.

Hadisənin baş verdiyi ərazidə rabitə olmayıb. Buna görə də, oğlan atası ilə birlikdə gecələdiyi düşərgəni təkbaşına qurub. Ertəsi gün səhər Sergey kəndə çatdı və xilasedicilərə rəhbərlik etdi.

Azyaşlının mükafatlandırılacağı bildirilir.

QAZİLER.AZ