Gürcüstanda kişi arvadını yandıraraq hadisə yerindən qaçıb

Gürcüstanda kişi arvadını yandıraraq hadisə yerindən qaçıb backend

Gürcüstanın Kaspi şəhərində kişi arvadını yandıraraq hadisə yerindən qaçıb.

Qaziler.az bildirir ki, "Mtavari" nəşrinin məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.

"Kişi gənc arvadına benzin tökərək yandırıb, lakin qonşular yanğını söndürüb", - məlumatda deyilir.

Mənbənin sözlərinə görə, zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

QAZİLER.AZ