Avropa Moskvaya Rusiya təyyarəsini vurmağa hazır olduğu barədə xəbərdarlıq edib - "Bloomberg"

Avropa Moskvaya Rusiya təyyarəsini vurmağa hazır olduğu barədə xəbərdarlıq edib - "Bloomberg" backend

Avropalı diplomatlar özəl olaraq Kremlə xəbərdarlıq ediblər ki, Rusiya təyyarələrinin iştirakı ilə növbəti təxribat onların məhvi ilə nəticələnəcək.

Qaziler.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Aİ diplomatları Rusiyaya xəbərdarlıq ediblər ki, Rusiya təyyarələri Alyansa üzv ölkələrin hava məkanını pozmağa davam edərsə, NATO "tam gücü ilə cavab verməyə" hazırdır. Sadə dillə desək, Rusiya təyyarələri vurulacaq.

Moskvada keçirilən görüşdə Böyük Britaniya, Fransa və Almaniya səfirləri rusiyalılara bildiriblər ki, onlar bu pozuntunun Rusiya hərbi komandanlığının düşünülmüş taktikası olduğunu başa düşürlər. Nəşrin mənbələrinin bildirdiyinə görə, görüş "gərgin" keçib.

QAZİLER.AZ