Ceki Çan Almatıda

Ceki Çan Almatıda backend

Dünya şöhrətli aktyor Ceki Çan Qazaxıstan filminin çəkilişlərində iştirak edəcək.

Qaziler.az Kazinform-un müxbiri xəbər verir.

Qazaxıstan media şirkəti öz saytında məlumat yayıb ki, Salem Entertainment ofisində dünya kinosunun əfsanəsi – aktyor, ssenarist, rejissor və prodüser Ceki Çan ilə işgüzar görüş keçirilib.

"Biz böyük ortaq layihəni həyata keçirməyə başladıq. Almatıda olarkən aktyor və komandamız qarşıdan gələn film üçün yerlər seçdi, onların əksəriyyəti Qazaxıstanda çəkiləcək. Hələlik təfərrüatları gizli saxlayacağıq. Amma inanın, sizi möhtəşəm bir şey gözləyir", - postda deyilir.

Aktyor özü də sosial şəbəkədə Almatı səfəri ilə bağlı paylaşım edib.

QAZİLER.AZ