Lukaşenko Rusiyanın nüvə sirlərini bölüşməyə hazır olduğunu qeyd edib.

Lukaşenko Rusiyanın nüvə sirlərini bölüşməyə hazır olduğunu qeyd edib. backend

Hətta çətin anlarda da Rusiya özünün ən gizli sənayesində - nüvə enerjisində sirləri bölüşməyə hazırdır.

Qaziler.az bildirir ki, bunu sentyabrın 25-də Moskvada keçirilən Qlobal Atom Forumunda çıxışı zamanı Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

"Bu gün Rusiyanın ən gizli sənayesində heç bir sirr yoxdur. Tezisimi təkzib etməyi sınayıın. Çətin vaxtlarda Rusiya ən gizli sferasını bizə açır", - o deyib.

Belarus prezidenti həmçinin Belarus Atom Elektrik Stansiyasının (BelAES) tikintisində göstərdiyi köməyə görə Rusiya lideri Vladimir Putinə minnətdarlığını bildirib. O vurğulayıb ki, Rusiyanın dəstəyi sayəsində Belarus AES-in tikintisi üçün kredit alıb.

QAZİLER.AZ