Lukaşenko "Oreşnik"lə bağlı suala “artıq yoldadır” sözləri ilə cavab verib

Lukaşenko "Oreşnik"lə bağlı suala “artıq yoldadır” sözləri ilə cavab verib backend

“Oreşnik” orta mənzilli ballistik raket kompleksi artıq Belarusa yola salınıb.

Qaziler.az  TASS-a istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Ümumdünya Atom Həftəsi beynəlxalq forumunun  plenar iclasında bildirib.

"Artıq yoldadır, hər şey yaxşı olacaq", - Belarus lideri jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırıb.

Sentyabrın 16-da Rusiya və Belarus “Zapad-2025” birgə təlimləri zamanı nüvə silahı və “Oreşnik” sistemindən istifadə edib. Bu məlumatı Belarus Baş Qərargah rəisi Pavel Muraveyko təsdiqləyib.

QAZİLER.AZ