Rusiyanın Vladimir şəhərində tərk edilmiş evdə 18 əsir tapılıb, iki nəfər saxlanılıb.
Rusiya İstintaq Komitəsinin regional idarəsindən Lenta.ru-ya verilən məlumata görə, Vladimirdə tərk edilmiş yaşayış binasında 18 əsir tapılıb.
Müstəntiqlər faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 160-cı (“Mənimsəmə”) və 127-ci (“Qanunsuz olaraq azadlıqdan məhrumetmə”) maddələri ilə cinayət işi açıb.
Vladimir vilayətinin 1993-cü il təvəllüdlü iki sakini saxlanılıb.
İstintaqın məlumatına görə, şübhəlilər 2022-ci ildən bu günə qədər sökülməsi planlaşdılan tərk edilmiş binada sabit sosial əlaqələri olmayan müxtəlif bölgələrdən olan 18 nəfəri saxlayıblar. Şübhəlilər onları geyim, yemək və zəruri əşyalarla təmin edib, əsirlər isə şəhər müəssisəsində işləyirmiş.
Cinayətkarlar onların maaşlarını özlərinə götürüblər.
Onlar bu yolla bir milyon rubldan çox pul əldə ediblər.
QAZİLER.AZ