"Ermitaj"a gələnlər təcili təxliyyə edilib

"Ermitaj"a  gələnlər təcili təxliyyə edilib backend

Anonim təhlükəsizlik təhdidi səbəbindən "Ermitaj" Muzeyinə gələn ziyarətçilər təcili olaraq təxliyə edilib.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 25-də "Ermitaj"ın mətbuat xidməti məlumat yayıb.

""Ermitaj" anonim təhlükəsizlik təhdidi mesajı alıb. Belə vəziyyətlərin idarə edilməsi prosedurlarına uyğun olaraq, muzeyin mühafizə xidməti Rusiya Milli Qvardiyası ilə birlikdə əsas muzey kompleksinə gələn ziyarətçiləri təxliyə edib", - muzeyin Teleqram kanalı məlumat yayıb.

Bütün zallara və xidmət sahələrinə baxış keçirilib, heç bir təhlükə aşkar edilməyib. Bütün Ermitaj obyektləri normal fəaliyyətinə qayıdıb.

QAZİLER.AZ