"Bu, qeyri-adi haldır" - Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılan Almaniya səfiri

 "Bu, qeyri-adi haldır" - Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılan  Almaniya səfiri backend

Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Qaziler.az bildirir ki, bu barədə "qruziya onlayn" məlumat verir.

Piter Fişer nazirliyin binasına girməzdən əvvəl bildirib ki, iki ölkə arasında müasir münasibətlər tarixində ilk dəfədir ki, səfir Xarici İşlər Nazirliyinə çağırılır.

Onun sözlərinə görə, çağırış diplomatik sanksiya formalarından biridir.

"Məni Gürcüstan Xarici İşlər Nazirliyinə çağırıblar. Çağırış vərəqəsi diplomatik sanksiya növüdür. Açığı, bu, çox qeyri-adi haldır. Bu, iki ölkənin müasir münasibətləri tarixində ilk dəfədir ki, səfir Xarici İşlər Nazirliyinə çağırılır", - səfir deyib.

"Mən həmçinin Gürcüstan hökumətinin Gürcüstanın Avropa İttifaqına daxil olmasına zidd olan hazırkı kursunu tənqid edəcəyəm”, - Fişer vurğulayıb.

QAZİLER.AZ