Yeddi gün ərzində ikinci dəfə Ukrayna Təhlükəsizlik Xidmətinin Mərkəzi Xüsusi Əməliyyat Mərkəzinin “A” pilotsuz təyyarələri Başqırdıstana qədər uçaraq Rusiyanın ən böyük neft emalı və neft-kimya zavodlarından biri olan “Qazprom Neftexim-Salava”nı vurub.
QAZİLER.AZ bildirir ki, bu barədə RBC-Ukrayna mənbələri məlumat yayıb.
UTX-dən verilən məlumata görə, zavodda avtomobil benzini, dizel yanacağı, mazut, bitum, polietilen də daxil olmaqla 150 müxtəlif məhsul istehsal olunur. Hədəf Ukrayna ərazisindən təxminən 1400 kilometr məsafədədir.
Bir neçə dron zərbəsi zavodda yanğına səbəb olub. Şahidlər havaya qalxan nəhəng qara tüstü sütununu gördüklərini bildiriblər. Yerli hakimiyyət orqanları hazırda dəymiş ziyanın miqyasını qiymətləndirdiklərini bildiriblər.
QAZİLER.AZ