Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri Novosibirsk Zooparkının əməkdaşları ilə birlikdə 20-dən çox heyvanı yanğından xilas edə bilsələr də, onlardan 11-i ölüb.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 23-də nazirliyin mətbuat xidmətindən məlumat verilib.
"Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri zooparkın əməkdaşları ilə birlikdə 20-dən çox heyvanı xilas ediblər. 11 heyvan ölüb və onları xilas etmək mümkün olmayıb", - məlumatda deyilir.
Nazirlikdən verilən məlumata görə, yanğınsöndürənlər zooparka gələn zaman heyvanların olduğu volyeri tamamilə alov bürüyüb.
Nazirlikdən əlavə ediblər ki, hazırda yanğın söndürülüb.
QAZİLER.AZ