Tbilisidə etiraz yürüşü keçirilir

Tbilisidə  etiraz yürüşü keçirilir backend

“Sona qədər, Gürcüstanı xilası naminə” – bu şüar altında etirazçılar "300 araqvinli"nin abidəsindən Gürcüstan parlamentinin binasına doğru yürüş ediblər.

Qazilert.az "qruziya onlayn"a istinadən bildirir ki, etirazçılar simvolik olaraq Rustaveli prospektində davamlı etirazın başlanmasının 300-cü gününü qeyd etmək üçün "300 Araqvinli" abidəsi önünə toplaşıblar.

İştirakçıların sözlərinə görə, 300 gündür ki, Gürcüstan vətəndaşları hökumətdən “konstitusiya çərçivəsinə qayıtmağı və ölkə vətəndaşlarına qarşı törədilən terrora son qoymağı” tələb edirlər.

Onlar ölkədə dövlət qurumlarının xalqın əleyhinə işlədiyini iddia edirlər.

QAZİLER.AZ