Moskva məhkəməsi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDMU) professoru Əminə Qarayeva barəsində həbs qətimkan tədbiri seçib.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 22-də şəhər ümumi yurisdiksiya məhkəmələrinin Telegram kanalında məlumat verilib.
“Rusiya Cinayət Məcəlləsinin 291.1-ci maddəsinin 3-cü hissəsinin “b” bəndində nəzərdə tutulmuş cinayəti (“Rüşvət almada vasitəçilik”) törətməkdə təqsirləndirilən Əminə Sultanovna Qarayevanın barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin vəsatəti təmin edilib”, - nəşr yazır.
Məhkəməyəqədər həbs müddəti iki ay müəyyən edilib.
QAZİLER.AZ