İbrahim Kalın Dəməşqdə Əhməd əş-Şaara ilə görüşüb

İbrahim Kalın Dəməşqdə Əhməd əş-Şaara ilə görüşüb backend

Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın danışıqlar aparmaq üçün Suriyanın paytaxtı Dəməşqə gedib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Kalını Suriya prezidenti Əhməd əş-Şaara qəbul edib.

Görüşdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri və son hadisələr müzakirə edilib.

Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Kalın və Şaara arasında keçirilən görüşdə ikitərəfli və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Görüşdə Suriyanın ərazi bütövlüyü, suverenliyi, siyasi sabitliyi və ictimai sülhün əhəmiyyəti vurğulanıb, Türkiyənin Suriyaya sarsılmaz dəstəyi bir daha qeyd olunub.

QAZİLER.AZ