“Gürcüstan naminə Qaxariya” partiyası genişmiqyaslı mitinqə qatılmayacaq

“Gürcüstan naminə Qaxariya” partiyası  genişmiqyaslı mitinqə qatılmayacaq backend

Oktyabrın 4-də keçiriləcək genişmiqyaslı mitinqdə“Gürcüstan naminə Qaxariya” partiyası iştirak etməyəcək.

Qaziler.az bildirir ki, bu barədə "qruziya onlayn" xəbər verir.

"Oktyabrın 4-də bizim mövqeyimiz belədir: biz seçkilərdə iştirak edirik, lakin partiyamız etirazda iştirak etmir və iştirak etməyəcək", - "Gürcüstan naminə Qaxariya" partiyasının üzvü Levan Qoqiçaişvili bildirib.

Xatırladaq ki, Gürcüstanda 2025-ci il oktyabrın 4-də bələdiyyə seçkiləri keçiriləcək. Əksər partiyalar, o cümlədən ölkənin beşinci prezidenti Salome Zurabişvili seçkilərə qatılmamağa çağırıb. Onların arqumenti ondan ibarətdir ki, seçkilərdə iştirak yalnız “Gürcü arzusu” rejimini legitimləşdirəcək və küçə etirazlarını zəiflədə bilər.

Həmin gün genişmiqyaslı etiraz aksiyası da planlaşdırılıb.

QAZİLER.AZ