Rusiyanın bu şəhərində beş fərdi yaşayış evi yanıb - VİDEO

Rusiyanın bu şəhərində beş fərdi yaşayış evi yanıb - VİDEO backend

Rostov vilayətinin Kamensk-Şaxtinsk şəhərində yanğınsöndürənlər alovu söndürə biliblər.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 17-də Rusiya Fövqəladə Hallar Nazirliyinin regional mətbuat xidməti məlumat yayıb.

"Yanğın söndürülüb", - nazirlik öz Telegram kanalında yazıb.

Fövqəladə Hallar Nazirliyi yanğının ümumi sahəsinin 1280 kvadratmetr olduğunu dəqiqləşdirib. Yenilənmiş məlumata görə, yanğın zamanı beş fərdi yaşayış evi və yeddi yardımçı tikili yanıb.

Həmin gün səhər saatlarında Rostov vilayətinin Kamensk-Şaxtinsk şəhərində baş verən landşaft yanğını nəticəsində beş fərdi evə və bir yardımçı tikiliyə ziyan dəydiyi bildirilib. Alovun söndürülməsinə 55 yanğınsöndürən və 17 texnika cəlb olunub. Zərərçəkən evlərin sayı sonradan 7-yə çatdırılıb.

QAZİLER.AZ