Tezliklə Tbilisi hava limanında robotlar "xidmət edəcək"

Tezliklə Tbilisi hava limanında robotlar "xidmət edəcək" backend

Robotlar tezliklə Tbilisi hava limanında olacaq. "TAV Georgia"nın yeni əməkdaşları oktyabrın 1-dən öz vəzifələrinin icrasına başlayacaqlar.

Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, bu barədə şirkətin 20 illik yubileyinə həsr olunmuş tədbirdə baş menecer Tea Zakaradze bildirib.

TJ 1 və TJ 2 robotları hava limanı sərnişinlərinə kömək edəcək, lakin onların konkret vəzifələri hələ açıqlanmayıb.

Verilən məlumata görə, yanvar-iyun ayları ərzində Gürcüstanın paytaxt qovşağı rekord sayda - 2 milyon 358 min 937 sərnişin qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur. Uçuşların sayı da 15% artaraq 11 814-ə çatıb.

Hava limanı bu yaxınlarda premium çıxışı olan sərnişinlərə bütün pasport prosedurlarından tez keçməyə və terminalı tərk etməyə imkan verən "Fast Track" xidmətini istifadəyə verib.

QAZİLER.AZ