Kadırovun oğlu Adam Jacob&Co-dan 496 715 dollar dəyərində brilyant qaşlı saat nümayiş etdirib
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun qızı Təbarik İnstaqram hesabında qardaşı Adamın fotosunu dərc edib.
Qaziler.az "Verstka" (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilmişdir -red.) nəşrinə istədən yazır ki, 17 yaşlı Kadırov ağ köynək, qara şalvar və papaqda olub, sol əlində isə Amerika brendinin "Epic SF24" seriyasından olan "Jacob&Co" saatına bənzər saat taxıb.
Belə bir saatın qiyməti 496 715 dollardır.
Aksessuar 18 karat ağ qızıldan hazırlanıb, korpusu isə 104 brilyantla bəzədilib. "Epic SF24" seriyasında cəmi 18 nüsxə buraxılıb. Hazırda onların hamısı satılıb.
İyun ayında bildirilmişdi ki, Adam Kadırov Rusiyada tədarükü qadağan edilən nadir, məhdud buraxılışlı Mercedes-i idarə edərkən görüntülənib.
QAZİLER.AZ