Sentyabrın 16-da Rusiya prezidenti Vladimir Putin xarici nümayəndə heyətlərinə Rusiya-Belarus “Qərb-2025” təlimlərində iştiraka görə təşəkkür edib.
Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat yayıb.
"İştirakınıza görə sizə təşəkkür etmək istəyirəm və ümid edirəm ki, sizin iştirakınızla bugünkü tədbir əməkdaşlığımızı gücləndirəcək", - Rusiya lideri bildirib.
Putin qeyd edib ki, təlimlər təkcə peşəkar nöqteyi-nəzərdən deyil, həm də ölkələr arasında etimadın möhkəmləndirilməsi baxımından faydalı olub. O qeyd edib ki, təlimlər iştirakçılara müasir münaqişələrdə silahlı qüvvələrdən istifadə təcrübəsi ilə tanış olmağa və bu təcrübə əsasında orduda öz işini qurmağı öyrənməyə imkan verib.
QAZİLER.AZ