Ukrayna və Avropa hakimiyyəti Ukrayna münaqişəsinin sülh yolu ilə həlli prosesini süni şəkildə ləngidir. Rusiya tərəfi isə dialoqa hazırdır.
Qaziler.az bildirir ki, bunu sentyabrın 15-də keçirdiyi brifinqdə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
"Kiyev tərəfdən proses süni şəkildə ləngidir. Heç kim münaqişənin mahiyyətinə varmaq istəmir. Avropalılar məsələyə qarışır, avropalılar bu böhranın köklü səbəblərinə diqqət yetirmək fikrində deyillər", - Peskov qeyd edib.
O qeyd edib ki, Rusiya hələ də dialoqa açıqlığı və hazırlığını qoruyub saxlayır.
QAZİLER.AZ