Rusiya Silahlı Qüvvələri Zaporojya vilayətinin Olqovskoye yaşayış məntəqəsini ələ keçirib.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 15-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Hücum hərəkətləri nəticəsində “Vostok” hərbi qrupunun bölmələri Zaporojye vilayətinin Olqovskoye kəndini tutub”, - idarədən bilirilib.
Nazirlik iddia edir ki, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətinin Velikomixaylovka, Qavrilovka, Malomıxaylovka və Novonikolayevka yaşayış məntəqələrində, eləcə də Zavaniska vilayətində Ukrayna Silahlı Qüvvələrinin iki mexanikləşdirilmiş briqadasının, bir hücum briqadasının və Milli Qvardiyanın bir briqadasının birləşmələrini darmadağın edib.
QAZİLER.AZ