Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İnterpolun qırmızı bülleteni ilə axtarılan 8 nəfərin ölkəyə gətirildiyini açıqlayıb.
Trend-in məlumatına görə, bu barıdı nazir "X" sosial şəbəkəsində yazıb.
A.Yerlikaya cinayətkarların Gürcüstan, Azərbaycan, Almaniya, Avstriya, Şimali Makedoniya və İrlandiyadan ekstradisiya olunduğunu bildirib.
Onun sözlərinə görə, Ankaranın müraciəti əsasında Azərbaycanda saxlanılan Türkiyə vətəndaşı İ.C. qəsdən adam öldürmə ittihamı ilə beynəlxalq axtarışa verilmişdi.
Nazir vurğulayıb ki, axtarışda olan heç bir cinayətkar ədalətdən yayınmayacaq. O, həmçinin müxtəlif ölkələrin hüquq-mühafizə qurumları ilə mövcud beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirib.