Rusiyanın əməkdar artisti Vyeno Mikşiyeva dünyasını dəyişib

Rusiyanın əməkdar artisti Vyeno Mikşiyeva dünyasını dəyişib backend

Aktrisa Vyeno Mikşiyeva 89 yaşında vəfat edib

Sentyabrın 11-də Rusiyanın əməkdar artisti və Kareliyanın xalq artisti Vyeno Mikşiyeva vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə  Kareliya Milli Teatrı məlumat yayıb. Onun 89 yaşı olub.

"Vyeno Qriqoryevnanın parlaq xatirəsi onunla işləyən, onu tanıyan və sevənlərin qəlbində əbədi qalacaq", - məlumatda deyilir.

Teatr mərhum ulduzun ailəsinə və yaxınlarına başsağlığı verib, itkinin acısını onlarla bölüşüb. Aktrisa ilə vida yeri və vaxtı daha sonra açıqlanacaq.

Vyeno Qriqoryevna yaradıcılıq fəaliyyətinə 1952-ci ildə Kareliya-Fin Dram Teatrının studiyasına daxil olaraq başlayıb. Fin, karel və rus dillərində oynadığı yüzlərlə rol və minlərlə tamaşa onun uzun və səmərəli karyerasının bir hissəsi olub.

Onun teatr əsərləri arasında Qorkinin “Vassa Jeleznova”, Millerin "İfritə ovu”, Lorkanın “Bernard Albanın evi”, Arbuzovun “Kalevala”, “Köhnə dəbli komediya”, Ptuşkinanın “Ölərkən” kimi tamaşalarını qeyd edə bilərik. Aktrisa yüzlərlə rol oynayıb, minlərlə tamaşada iştirak edib. 2013-cü ildə o, "Ladoqa" adlı döyüş dramında da rol alıb.

QAZİLER.AZ