Türkiyənin Dənizli bölgəsinin Buldan rayonunda meşəlik ərazidə baş verən yanğın nəzarətə götürülüb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Həsənbəylər məhəlləsində meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Məlumatın ardınca əraziyə Dənizli Meşə Regional Müdirliyindən 6 helikopter, 4 su maşını, bir su təchizatı maşını, 5 ilk müdaxilə, tikinti texnikası və 44 nəfərlik yanğınsöndürmə qrupu göndərilib.
Yanğın hava və quru qrupları tərəfindən nəzarət altına alınıb.
QAZİLER.AZ
