Saakaşvili: Bizə ümumi səfərbərlik və hücum lazımdır, mütləq qalib gələcəyik

Saakaşvili: Bizə ümumi səfərbərlik və hücum lazımdır, mütləq qalib gələcəyik backend

"Bizə ümumi səfərbərlik və hücum lazımdır, biz mütləq qalib gələcəyik".

Qaziler.az  "qruziya-onlayn"a istinadən xəbər verir ki, bunu Gürcüstan Respublikasının 3-cü Prezidenti Mixail Saakaşvili deyib.

Keçmiş prezident Mixail Saakaşvili sosial şəbəkədə yazıb: "Diktator İvanişvili müxalifətin əsl liderlərini - Levan Xabeişvili və Murtaza Zodelavanı xaincəsinə həbs edib. Bu, cinayətkar rejimin hədsiz panikasının və acizliyinin ifadəsidir".

Onun sözlərinə görə, ümumi səfərbərlik və hücuma ehtiyac var.

"Diktator İvanişvili müxalifətin əsl liderlərini - Levan Xabeişvili və Murtaza Zodelavanı xaincəsinə həbs edib. Bu, cinayətkar rejimin ifrat panikasının və acizliyinin ifadəsidir. Mən daha onların saxlandığı biabırçı və pafoslu motivlərdən danışmıram. Bizə ümumi səfərbərlik və hücum lazımdır. Biz mütləq qalib gələcəyik. Yaşasın Gürcüstan!", - deyə Mixail Saakaşvili yazıb. 

Qaziler.az