Gürcüstanda keçmiş müdafiə naziri həbs edilib

Gürcüstanda keçmiş müdafiə naziri həbs edilib backend

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti keçmiş müdafiə naziri Xuanşer Burçuladzeni həbs edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Burçuladze məhkəmənin qərarı əsasında vəzifə səlahiyyətlərindən sui-istifadə və qeyri-qanuni gəlirlərin leqallaşdırılması ittihamı ilə saxlanılıb.

Hazırda istintaqın davam etdiyi, əlavə detalların yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcəyi bildirilib.