Rusiyanın Vladivostok şəhərinin Dneprovskaya küçəsində yerləşən anbarda baş verən yanğın nəticəsində bir nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 10-da Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Vladivostokda yanğın birmərtəbəli binanın təxminən 1000 kvadratmetrini əhatə edib", - idarənin Telegram kanalında deyilir.
“İzvestiya”nın mənbəsinin məlumatına görə, daha iki nəfər xəsarət alıb. Qeyd olunur ki, binanın dam örtüyü qismən uçub. Yanğının söndürülməsinə 60 xilasedici və 19 texnika cəlb olunub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Primorsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti də açıq atəşin söndürüldüyünü bildirib.
QAZİLER.AZ