Aktrisa Aqnessa Peterson 89 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 10-da Vaxtanqov adına Dövlət Akademik Teatrının mətbuat xidməti məlumat yayıb.
"Rusiyanın əməkdar artisti Aqnessa Peterson vəfat etdi. Aqnessa Oskarovna uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Elə dünən aktrisanın 89 yaşı tamam oldu. Ailəsinə, yaxınlarına, dostlarına, həmkarlarına və yaradıcılığı ilə təmasda olan bütün tamaşaçılara dərin hüznlə başsağlığı veririk", - Telegram kanalında dərc edilən məlumatda bildirilir.
Sovet və rus teatr aktrisası, RSFSR-in əməkdar artisti Aqnessa Oskarovna Peterson 9 sentyabr 1936-cı ildə s anadan olub.
Onun repertuarında "Zarafat axşamı", "Şanel qarı", "Teatr", "Son aylar", "Vida turu" və bir çox başqa tamaşalar var. "Yüngül əl" (1965), "Tale insanla oynayır" (1968), "Mart ideyaları" (1994) və s. kimi filmlərdə ekrana çıxıb.
60 ildən çox karyerasında aktrisa 30-dan çox rol oynayıb. Onun son teatr işi "Teatr" tamaşasında Janna Tebu olub.
QAZİLER.AZ